Rusiya prezidenti Vladimir Putin və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Qazaxıstanın paytaxtı Astanada görüş keçirəcəklər.
"Unikal" xəbər verir ki, bunu Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov deyib.
Görüşdə Yaxın Şərq və Ukraynadakı vəziyyət, eləcə də enerji sahəsində əməkdaşlıq müzakirə ediləcək.
"Siyasətlə yanaşı, ticarət-iqtisadi sahədən də enerji bazarında əməkdaşlığı, qaz ixrac edən ölkələrin forumu çərçivəsində Rusiya ilə Qətər arasında qarşılıqlı əlaqəni qeyd edərdim. Bu, bizim liderlərimiz arasında da müzakirə olunacaq", - Uşakov bildirib.
Rusiya dövləti başçısının köməkçisi vurğulayıb ki, Moskva ilə Doha arasında münasibətlər müsbət və konstruktivdir və bu görüş koronavirus pandemiyasından sonra ilk görüş olacaq.
Ağarza Elçinoğlu