İstanbul-Cakarta reysini yerinə yetirən Türk Hava Yolları təcili eniş etməyə məcbur olub.

"Unikal" xəbər verir ki, dünən İstanbuldan İndoneziyanın paytaxtı Cakartaya gedən THY-nin 2-si körpə olmaqla 336 sərnişinlə havaya qalxan TK56 tipli Boeing 777-300 tipli TK56 təyyarəsində baş verən hadisədə İndoneziya vətəndaşı digər sərnişinləri narahat edib.

Belə ki, sərxoş olduğu öyrənilən və problem yaratmağa davam edən sərnişin, ona xəbərdarlıq edən kabin heyətinə də hücum edib. O, stüardessanın barmağını dişləyib, yumruq və təpiklə kabin heyətinə hücum edib.

Bu səbəbdən  təyyarənin pilotları İndoneziyanın Maden şəhərində təcili eniş etmək qərarına gəliblər. Medan hava limanına enən təyyarədəki sərnişin polis tərəfindən nəzarətə alınıb. Kabin heyətinə ilk yardımı həmkarları göstərərkən, onun müalicəsinin paytaxt Cakartada davam edəcəyi öyrənilib. Daha sonra təyyarə Cakartaya yola düşüb. İndoneziya mətbuatında çıxan xəbərlərdə hadisəyə səbəb olan sərnişinin adının Mumamad Jhon Jaiz Boudewijn (48) olduğu və onun İndoneziya mərkəzli bir hava yolu şirkətində pilot olaraq çalışdığı məlum olub. 

Gültəkin