Çexiya hökuməti Ukraynanın 2023-2025-ci illərdə bərpası üçün 1,5 milyard kron (təxminən 61 milyon avro) ayırmağa qərar verib.
"Unikal" xəbər veir ki, bu barədə jurnalistlərə ölkənin xarici işlər naziri Yan Lipavski məlumat verib.
"Çexiya uzun müddətdir ki, Ukraynanın müharibədən sonrakı yenidən qurulmasında iştirak etməyə hazırlaşır. Bu məqsədlə biz 2023-2025-ci illər üçün büdcədən 1,5 milyard kron məbləğində vəsait ayırdıq. Bu müddət ərzində hər il hər biri 500 milyon kron (təxminən 20,33 milyon avro) Ukraynanın bərpasına ayıracağıq. Çex bizneslərini cəlb etmək üçün digər addımlar da hazırlayırıq."
Gültəkin Ələsgər