Belçikanın paytaxtı Brüsseldə bir sıra kritik təmaslar edən milli müdafiə naziri Hulusi Akar NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş Belçikanın paytaxtı Brüsseldə “Ukraynanın Müdafiəsi Təmas Qrupunun iclası” çərçivəsində baş tutub. Görüşdə regional müdafiə, təhlükəsizlik və NATO məsələləri müzakirə edilib.