Pakistanın Kəraçi şəhərində sərnişin avtobusunda baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, Pakistanın Karaçi şəhərinin Nuriabad rayonunda sərnişin avtobusunda yanğın baş verib. Magistral yol polisindən verilən açıqlamada, yanğının Kəraçidən Khairpura gedən avtobusun havalandırmasında yaranan qısaqapanma səbəbindən baş verdiyi bildirilib. Bütün avtomobilin alovlandığı hadisədə ən azı 10 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

Qəza yerinə çoxlu sayda təcili yardım göndərilərkən, cəsədlərin çoxunun tamamilə yandığı öyrənilib.

Gültəkin