"2023-cü ildə Ukraynaya 55 milyard dollardan çox vəsait lazımdır, bunun 17 milyardının yenidənqurma layihələrinə xərclənməsi planlaşdırılır".
"Unikal" xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıxal Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun konfransında onlayn çıxışı zamanı bildirib.
“Ukraynanın ciddi maliyyə dəstəyinə ehtiyacı olacaq. Söhbət 2023-cü ildə 55 milyard dollardan çox puldan gedir”, - deyə o bildirib.
Baş nazirin sözlərinə görə, bu məbləğə büdcə kəsirinin ödənilməsi üçün ayda 3,5 milyard dollar və “təcili” yenidənqurma layihələri üçün 17 milyard dollar daxildir.
Daha əvvəl Bloomberg mənbələrə istinadən xəbər vermişdi ki, Avropa İttifaqı 2023-cü ildə Ukraynaya təxminən 18 milyard avro maliyyə yardımı göstərmək üçün danışıqlar aparır. Agentliyin məlumatına görə, Avropa Komissiyası Ukrayna üçün yeni maliyyələşdirmə təklifi hazırlayır və bu təklif oktyabrın 18-də rəsmən elan edilə bilər. Qeyd edək ki, tarix dəyişə bilər.
Bloomberg mənbələrinə görə, AK Kiyevə Ukraynanın ayda ehtiyac duyduğu 3-3,5 milyard avronun ən azı yarısını təmin etməyə çalışır.
Gültəkin Ələsgər