Fransanın “Brest” klubu erməni baş məşqçini uzaqlaşdırıb.
"Unikal" xəbər veirr ki, Liqa 1 təmsilçisi Mişel Ter-Zakaryanla yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Erməni mütəxəssis komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib. "Brest" Fransa çempionatında 10 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, Mişel Ter-Zakaryan 2021-ci ilin iyun ayından "Brest"in baş məşqçisi idi