"Putin gözlənildiyindən daha zəif çıxdı. Rusiyada zəif lider olmaq çox vaxt şəxsi sonluqla nəticələnir".
"Unikal" xarici KİV-ə istinadən xəəbr verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.
Yan Lipavski bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin, populyar inancın əksinə olaraq, Rusiya-Ukrayna müharibəsi ilə “daha zəif” olub.
Almaniyanın keçmiş kansleri Angela Merkel dövrünün və onu müşayiət edən Rusiyaya qarşı dost münasibətinin sona çatdığını qeyd edən Lipavski, "Avropa Rusiyaya münasibətdə keçmişin səhvlərini təkrarlamaqdan çəkinməlidir. Merkelin vaxtı bitdi. Rusiyaya qarşı bu siyasət də bitdi. Rusiya mülki əhaliyə raket zərbələri endirərkən, Avropaya qarşı enerji müharibəsi apararkən siz həmin ölkə ilə münasibətləri necə yaxşılaşdırmaq istəyirsiniz? Avropa Rusiyanın təsirini məhdudlaşdırmağı öyrənməlidir", - deyə ifadə edib.
Gülayə Mecid