"Bizim hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı deyib.
Ukrayna böhranının regional və qlobal təsirlərindən danışan Türkiyə Prezidenti bildirib ki, artıq bu təsirləri hər kəs hiss edir:
"Ədalətli sülh diplomatiya ilə əldə oluna bilər. Ukraynada sülhün əldə olunması istiqamətində səylərimizi hər kəs qiymətləndirir. Taxıl sazişi, əsir mübadiləsi səylərimizin nəticəsidir".