Sentyabrda ABŞ-da təbii qaz hasilatı gündəlik rekord həddə - 2,8 milyard kubmetrə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq açıqlamasında deyilir.
Nəticədə ABŞ-ın qaz ehtiyatları 12,1 milyard kubmetrə yüksəlib ki, bu da eyni dövrdə beş illik orta göstəricidən 20 faiz çoxdur. Yanacaq ixracı gündə orta hesabla 286 milyon kubmetr təşkil edib.
Amerika şirkətləri ilk növbədə Avropada artan tələbat fonunda maksimum qaz hasilatına başlayıb. Təmiri başa çatmaq üzrə olan Freeport istisna olmaqla, bütün mayeləşdirmə qurğuları son bir ayda tam gücü ilə işləyir .
Ağarza Elçinoğlu