Xəbər verdiyimiz kimi, Yevlaxda Yuxarı Qarabağ kanalında batan 9-cu sinif şagirdinin meyiti tapılıb.
"Unikal"ın məlumatına görə, meyiti tapılan 2010-cu il təvəllüdlü Hüseyn Rəsulov Mingəçevir şəhər 5 saylı orta məktəbin şagirdi olub.
*** 09:42
Yevlaxda Yuxarı Qarabağ kanalında batan 9-cu sinif şagirdinin meyiti tapılıb.
"Unikal"ın məlumatına görə, FHN-nin Aran Dalğıc Axtarış qrupu 2010-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Rəsulov Hüseyn Sübhanoviçin cəsədini kanalın rayonun Tanrıqulular kəndi yaxınlığından keçən hissəsində batdığı yerdən 15 kilometr aralıda aşkar edərək sahilə çıxarıb və aidiyyati üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparıllr.
Ehtiram Muradov