Robert Levandovski bu il "Qızıl Top"u əldə edəcək əsas namizədlərdən olan Kərim Benzema barədə danışıb.

"Unikal" xəbər verir ki, "Barselona"nın hücumçusu Benzemanın "Qızıl Top"u qazanacağını söyləyib:

"Benzema "Qızıl Top"u qazanacaq əsas namizədlərdən biridir. Yenə təxirə salmasalar, yəqin ki, qazanacaq".

Polşalı futbolçu 2020-ci ildə ləğv olunmuş "Qızıl Top" mükafatını qazanacaq əsas namizədlərdən biri idi.

Qeyd edək ki, "Qızıl Top"un sahibi oktyabrın 17-də açıqlanacaq.