Türkiyəli aktyor İbrahim Çelikkolun yeni layihəsi təxirə düşüb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rol aktrisası üçün axtarışlar edilən "Ailə" serialının bir müddət çəkilməməsinə qərar verilib.

Qeyd edək ki, "Show" kanalı bu qərarı hazırda efirdə yüksək reytinqli seriallar olduğu üçün alıb.