Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis bölməsinə şəhər sakini 1993-cü il təvəllüdlü Gülnarə İsmayılovanın baş və sol bilək nahiyələrinin kəsilmiş-deşilmiş və 2002-ci Pərvanə İsmayılovanın isə bilək nahiyəsindən kəsilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan şəxslərə xəsarət yetirməkdə şübhəli bilinən, 1981-ci il tədbirləri Vüsal Rzayev saxlanılıb: “Araşdırmalar zamanı məlum olub, şübhəli şəxs qeyri-rəsmi yaşadığı G. İsmayılova ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirib, bu zaman onları aralamaq istəyən P. İsmayılova da xəsarət alıb”.
*** 22:10
Gəncədə 20 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlanıb.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Mağrasa bağı adlanan yaşayış massivində yerləşən bina evlərinin birində qeydə alınıb.
Şəhər sakini 2002-ci il təvəllüdlü Pərvanə İsmayılova mədənin müxtəlif hissəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadının yarası tikilib,vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov