Tanınmış müğənni Ebru Polat bir paket saqqız üçün 900 TL (82 AZN) ödəyib.

"Unikal" xəbər verir ki,  qəbzin fotosunu sosial media hesabında yerləşdirən Polat, "Çeynədiyim tək saqqız. Qiyməti qalxdı, amma təbii ki, aldım" deyib.

Polat paylaşımı ilə qısa müddətdə gündəm olub. İzləyicilər Ebrunun bu hərəkətinə "İnsanlar evlərinə çörək apara bilmirlər, yazıq" kimi sərt reaksiya veriblər. 

Gülayə Mecid