Aparıcı Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov tərəfindən şantaj edilir. 

"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.  

Belə ki, Sərxan video yayaraq Fazil bəyin onu təhdid etdiyini və söyüş söyərək telefonu üzünə bağladığını deyib:

"Rəqsanə ilə heç bir problemim yoxdur. Ədavətim onun həyat yoldaşı Fazillədir. Fazil, sən məni təhqir və təhdid etmisən. Ot olub yerdən çıxmışam? Siz nə danışırsınız? Qorxdum. Fazil, səni Moskvada gözləyirəm. Kişiliyin çatırsa, zəng edəndə telefona cavab ver. Söyüş söymək acizlikdir".

Bildirək ki, Sərxan Kərəmoğlu "MTV Maqazin"ə açıqlama verərək Aysun Cəlilovanın evliliyinin saxta və oyun olduğunu bildirib.


c