Xalq artisti Röya Ayxan “Səhər mərkəzi” proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, müğənni verilişdə oğlu Hüseyn barəsində açıqlama verib.
Onun sözlərinə görə, Hüseyn Dubayda təhsil alır.
"Oğlum Dubayda təhsil alır. Ora aparanda ilk gün ağladım. Hüseyn deyirdi ki, ana, ağlama. Deyirəm, mən necə anayam? Adam necə uşağını aparıb orada qoyar? O, Londonu istəyirdi, qoymadım. Dedim ki, necə gəlib-gedəcəyəm yanına? Araşdırdıq və Dubayı seçdik. Bura 3 saatlıq yoldur, istəyəndə gedirəm. Apardım ki, orada yaşasın, dostları artsın".