Türkiyə və Qazaxıstan idmançıları arasında yaşanan gərginlik Antalyada keçirilən 43-cü Dünya Qol Güləşi Çempionatına damğasını vurub.
"Unikal" haberler.com-a istinadən xəbər verir ki, idmançı Derya Ceren Çağlayan mükafatlandırma mərasimində ondan əvvəl fəxri kürsüyə qalxaraq ölkələrinin bayrağını açan Qazaxıstan idmançılarının xoşagəlməz jestinə Türkiyə bayrağı ilə cavab verib.
Həmin anlar anbaan kameralara əks olunub.Belə ki,Qol Güləşi üzrə Qazaxıstan Milli komandasının məşqçisi Marat Asainov hadisədən sonra türkiyəli həmkarından üzr istəyib.
Samirə Bəhramova