Belaruslular kütləvi şəkildə hərbi komissarlığa çağırış vərəqələri alırlar.
"Unikal" xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin məlumatında bunun "standart yoxlama" olması qeyd edilir.
Belarus Respublikasının Müdafiə Nazirliyi onu da deyib ki, Belarusda səfərbərlik tədbirləri həyata keçirilmir.
Bildirilir ki, çağırışçılar əsasən oktyabrın 21-dən noyabrın 4-dək keçiriləcək hərbi təlim düşərgələrinə göndəriləcəklər. Bundan əlavə, çağırış vərəqələrinin keçmiş polislərə, bir sıra Qrodno müəssisələrinin işçilərinə, eləcə də Hava Desant Qüvvələrinin tərxis olunmuş hərbçilərinə gəldiyinə dair sübutlar var.
Ağarza Elçinoğlu