Belarusdakı rejim bilir ki, respublikada qismən səfərbərlik elan olunarsa, vəziyyət daha da mürəkkəbləşəcək və sosial partlayışa səbəb ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
"Belarus hakimiyyəti Rusiya Federasiyasında “qismən səfərbərlik” adlanan tədbir çərçivəsində baş verən xaosu diqqətlə izləyir və başa düşür ki, Belarus Respublikasında qismən səfərbərlik elan olunarsa, Vəziyyət daha da mürəkkəbləşəcək və ölkədə sosial partlayışa səbəb ola bilər", - məlumatda qeyd olunub.