Gürcüstanın  Batumi şəhərində restoranların birində silahlı atışma olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qırmızı rəngli geyimdə olan naməlum şəxs restorana girərək, atəş açmağa başlayıb. İnsident nəticəsində 19 yaşlı gənc dünyasını dəyişib,  daha 3 nəfər isə yaralanıb. Yaralananlardan ikisi əcnəbi, biri isə Gürcüstan vətəndaşıdır.

Silahlı şəxs qısa zamanda polis tərəfindən saxlanılaraq, bölməyə aparılıb. Onun hansı səbəbdən hadisəni törətdiyi məlum deyil. 

Gülayə Mecid