Müğənni Sabir Əliyevlə həmkarı Elvin Mirzəzadə arasında qalmaqal yaşanıb.
"Unikal" xəbər verir ki, MTV-də yayımlanan "Səhərin səsi" proqramında qonaq olan hər iki müğənni mübahisə edib. Buna səbəb aparıcının Elvinin mahnısı haqda Sabirə ünvanladığı "Bəyənirsiniz bu cür mahnıları" sualı olub.
Belə ki, Elvin sualı bəyənməyib və irad tutub. O bildirib ki, mahnısı Şərq stilində deyil, "Qaytağı" ritmindədir. Buna etiraz edən Sabir isə ona aqressiv münasibət göstərib. O bildirib ki, Elvinin mahnısı ləzginka ritmindədir:
"Azərbaycan musiqisində bu ritmlər yoxdur. Ləzginka ritmidir. Bir musiqiçi olaraq, mənim üçün belədir. Xoşum gəlmədi dedi ki, toyda yaxınlaşıb ritm işarəsi göstərilməsin. Mənə ləzzət edir, etsinlər, oxuyacam. Millətin musiqisi budur".
Elvin isə Sabirin onu gözdən salmağa çalışdığını iddia edib. Mübahisə böyüdüyü halda Elvin studiyanı tərk edib. Daha sonra isə Sabir də studiyadan onun arxasınca gedib. Qısa fasilədən sonra Sabir studiyaya qayıtsa da, Elvin geri gəlməyib.