Belarus Qərbin sanksiyalarına görə dövlət borcunu xarici valyutada ödəməkdən imtina edib.
"Unikal" xəbər verir ki, ölkənin Maliyyə Nazirliyi bu barədə öz saytında yaydığı məlumatda borclarını Belarus rublu ilə ödəməyə hazır olduğunu açıqlayıb.
"Belarus Respublikasına qarşı davam edən sanksiyalar səbəbindən standart prosedura əsasən xarici valyutada borc öhdəliklərini ödəmək imkanı hazırda məhduddur", - məlumatda bildirilir.
Ağarza Elçinoğlu