Berlin Rusiyaya qarşı sanksiyaların ictimai müzakirəsinin əleyhinədir, lakin müəyyən şərtlər daxilində onların tətbiqinə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetindəki mənbə bildirib.
"Avropa İttifaqında mövqelərin birliyi olarsa, biz vəziyyətdən asılı olaraq yeni tədbirlər görməyə hazırıq", - məlumatda deyilir.
Daha əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok qeyd edib ki, Ukraynada hərbi əməliyyatların başlanmasına cavab olaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qaz təchizatı ilə bağlı vəziyyətə görə ləğv edilməyəcək.
Ağarza Elçinoğlu