Hollivud ulduzu Daniel Kreyq Müqəddəs Mixail və Corc ordeni ilə təltif edilib. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, "Ceyms Bond"a bu mükafat kinematoqrafiyaya və teatra verdiyi töhfəyə görə verilib.

Mükafatlandırma mərasimi London yaxınlığındakı Vindzor qəsrində keçirilib. Şahzadə Anna 54 yaşlı aktyorun boynuna "Cəngavər" ordeni olan lent taxıb.