İran Ukraynadakı müharibəni dayandırmaq üçün bütün imkan və potensialından istifadə edir.
"Unikal" xəbər verir ki, bunu İİR prezidenti İbrahim Rəisi polşalı həmkarı Anjey Duda ilə söhbətində deyib.
Prezident Aparatının müavini Məhəmməd Cəmşidi çərşənbə günü Twitter hesabında yazıb ki, "Avropa İrandakı iğtişaşlara dəstək nümayiş etdirərkən, bu gün Polşa prezidenti cənab Duda prezidentə ikitərəfli münasibətlərin gücləndirilməsi və Avropada müharibəyə son qoyulmasını müzakirə etmək üçün zəng edib".
Bu barədə Prezident Aparatının müavini Məhəmməd Cəmşidi Tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, Raisi “Dudanı əmin edib ki, İran İslam Respublikası müharibəni dayandırmaq üçün bütün imkan və potensialından istifadə edir”.
Raisi Ukrayna münaqişəsi ilə bağlı Qərb ölkələrinin İrana qarşı irəli sürdüyü ittihamları rədd edərək, “İranın mövqeyinin Avropada müharibə başlayandan müharibə və münaqişəyə müqavimət göstərmək olduğunu” vurğulayıb.
“Mövcud şəraitdə həm Tehran, həm də Varşava müvafiq həll yolları təqdim etməklə iqtisadi və ticarət əlaqələrinin səviyyəsini yaxşılaşdırmağa çalışmalıdırlar”, - Raisi bildirib.
Gültəkin Ələsgər