Böyük Britaniyanın keçmiş nəqliyyat naziri Qrant Şapps Böyük Britaniyanın daxili işlər naziri təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə baş nazir Liz Trussın ofisinin yaydığı məlumatda deyilir.
54 yaşlı Şapps 2019-cu ildən nəqliyyat departamentinin rəhbəridir. Boris Consonun istefasından sonra o, hakim Mühafizəkarlar Partiyasının lideri və baş nazir vəzifələrinə öz namizədliyini irəli sürdü, lakin tez bir zamanda seçki kampaniyasından geri çəkilib.
Qeyd edək ki, Şapps daxili işlər naziri Svella Bravermanı əvəz edib, o, çərşənbə günü şəxsi e-poçtundan biznes məqsədləri üçün istifadə etdiyi üçün istefa verdiyini söyləyib. O, vəzifəsində cəmi 43 gün qalıb. Bu, 188 ildə - 1834-cü ildən bəri ən aşağı göstəricidir.Bu, artıq yalnız sentyabrın əvvəlində qurulan Truss hökumətində ikinci nazir istefasıdır. Oktyabrın 14-də baş nazir hazırkı vəzifəsində cəmi 38 gün işləmiş Maliyyə Nazirliyinin rəhbəri Kvazi Kvartenqi vəzifəsindən azad edib.
Mühafizəkarlar Partiyasında mövcud vəziyyət onun deputatlarından birini ictimai üzr istəməyə məcbur edib. "Mən həqiqətən üzr istəmək istəyirəm," Uayt adasından olan millət vəkili Bob Seeley çərşənbə günü LBC-yə bildirib. Hər kəs kimi və mən də mövcud vəziyyətdən həqiqətən məmnun deyiləm."
Gültəkin Ələsgər