Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Zəngilandadır.
"Unikal" xəbər verir ki, bu barədə səfir "Twitter"də paylaşım edib.
“Azad Qarabağın ikinci aeroportu Zəngilan beynəlxalq hava limanının Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə bu gün açılışı olacaq. Cənab Prezident və heyətini qarşılamaq üçün Qarabağdayıq”, - o bildirib.