Azərbaycanda bir çox xəbər saytlarının "Instagram" hesabları bağlanıb.
"Unikal" xəbər verir ki, buna səbəb müğənni Rəqsanə İsmayılovanın kütləvi şəkildə səhifələri şikayət etməsidir.
O, bu barədə video yayaraq xəbər saytlarının "Instagram" hesablarına hücum etdiyini təsdiqləyib.