İsveçrə prezidenti İqnatius Kassis Ukraynaya səfərə gəlib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.
"Yenə Ukraynada - sonuncu səfərimdən bir il sonra. Məqsədim müharibə ilə bağlı vəziyyət və ölkənin yenidən qurulması üçün hazırlıq işləri haqqında təəssürat yaratmaqdır", - Kassis bildirib.
Bildirək ki, İsveçrə Rusiyanın Ukrayna ərazisinin bir hissəsini qanunsuz ilhaq etmək cəhdi ilə əlaqədar Rusiya Federasiyasından 30-dan çox fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini təsdiqləyib.
Gülayə Mecid