Rusiyanın Sollers və Yaponiyanın Isuzu avtomobil istehsalçıları arasında birgə müəssisə xüsusi investisiya müqaviləsi (SPIC) ləğv edilir.
"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunun üçün artıq hökumətdən icazə alıb.
Isuzu və Sollers arasındakı müqavilə avtomobil sənayesində ilk SPIC-lərdən biri idi. O, 2021-ci ildə UAZ City adlı birgə məhsulun buraxılmasını öz üzərinə götürüb. Layihəyə ümumi investisiyanın 4,96 milyard rubl təşkil edəcəyi gözlənilirdi.
Lakin bazar şəraitinin dəyişməsi səbəbindən avtomobilin yaradılması yapon şirkəti üçün maraq kəsb etmədi.
Ağarza Elçinoğlu