Ermənistan İrandan pilotsuz uçuş aparatları (PUA) almaq istəyir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və İranın Ali Rəhbərinin hərbi məsələlər üzrə köməkçisi general-mayor Yəhya Rəhim Səfəvi jurnalistlərə  açıqlamasında bildirib. 

"İran pilotsuz təyyarələrini almağa hazırkı namizəd ölkələr Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digər ölkələrdir”, - Səfəvi deyib.

Seymur Əli