Ermənistan ordusunun Azərbaycanla təyin edilməmiş sərhəd istiqamətində şəxsi heyət və ağır silahlar cəmləşdirməsi onlar (Ermənistan rəhbərliyi – red.) üçün çox ağrılı-acılı bir nəticələrə gətirib çıxaracaq.
Bunu “Unikal”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Vətən müharibəsindən və ondan sonrakı dövrdə baş verən hadisələr hələ də Ermənistan hərbi-siyasi rəhbərliyi üçün doğru-dürüst dərs olmayıb.
“Ermənistan qoşunlarının sərhəddə cəmləşdirilməsi Azərbaycan vətəndaşlarının və ordumuzun şəxsi heyəti üçün təhlükə və təhdidlər yaradır. Və bu təhlüklərin, təhdidlərin aradan qaldırılması bizim təhlükəsizlik qüvvələrimizin bir nömrəli vəzifəsidir. Odur ki, qoşunlarımız düşmənin cəmləşdiyi ərazilərdən bizə qarşı təhdid törətmək üçün kəşfiyyat əlamətləri məlum olduqdan sonra həmin bölmələri atəş açan vasitələri məhv etməli və Azərbaycan Ordusunun şəxsi heyəti ön mövqelərdə yerləşdirilməlidir”.
Qeyd edək ki,bu gün erməni "Telegram" kanallarında Ermənistan Müdafiə Nazirliyinin şəxsi heyəti ilə yük maşınlarının sərhədə getməsini əks etdirən görüntülər yayılıb.
Gülayə Mecid