Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"  xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

1986-cı il təvəllüdlü Əli Ağayev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.