Oktyabrın 22-dən Rusiya-Gürcüstan sərhədindən mobil hərbi komissarlıqlar çıxarılacaq.
"Unikal" xəbər verir ki, bu barədə "Baza Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, qismən səfərbərlik elan edildikdən sonra çağırış vərəqələrinin paylanması üçün Nijni Zaramaq keçid məntəqəsində səyyar hərbi komissarlıqlar quraşdırılıb.
Məlumata görə, indi insan axını xeyli azaldığından səyyar hərbi komissarlıqlar sərhəddən yığışdırılacaq.