ABŞ Milli Kəşfiyyatının gələcək rəhbəri, prezident Donald Tramp tərəfindən namizədliyi təklif edilən Tulsi Qabbard keçmişdə indiki administrasiyanın rəsmi xətti ilə ziddiyyət təşkil edən bir sıra mübahisəli açıqlamalar verib.
"Unikal" xəbər verir ki, 2022-ci ildə Demokrat Partiyasını tərk edən Qabbard müsahibələrinin birində qeyd etmişdi ki, partiya üzvləri cinayətkarları müdafiə edən və nüvə müharibəsi aparan elit müharibə qızışdırıcıları tərəfindən idarə olunur.
Siyasətçi həmçinin bəyan edib ki, ABŞ Ukrayna münaqişəsində maraqlıdır. O, ABŞ və NATO-nu “Şimal axını” layihəsini ləğv etməkdə günahlandırıb. Qabbardın sözlərinə görə, dünyanı nüvə müharibəsi həddinə çatdıran, ən böyük nüvə potensialına malik ölkə olan Rusiya ilə münasibətləri gərginləşdirən məhz Baydenin siyasəti olub.
2022-ci ildə o, yalan məlumat yaydığına görə Ukraynanın "Sülhməramlıları" məlumat bazasına daxil edilib. Diplomat həm də Ukraynanın Rusiyayönlü təbliğata töhfə verən siyasətçilər siyahısındadır.
Onu da qeyd edək ki, Qabbard ABŞ-dəki erməni strukturları ilə kifayət qədər sıx əlaqələr saxlayır. 2017-ci ildə Amerika Erməni Komitəsinin təşkil etdiyi konfrans çərçivəsində Ermənistana və Qarabağa səfər edib. O, əslən Havaydandır.
Ağarza Elçinoğlu