İtaliyanın “Roma” komandasının yeni baş məşqçisi bəlli olub.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisini Klaudio Ranyeri çalışdıracaq. İtaliyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə bir neçə gün öncə istefa verən İvan Yuriçi əvəzləyib.

Mütəxəssis mövsümün sonunda klubda rəhbər vəzifələrdən birini tutacaq.

Qeyd edək ki, Klaudio Ranyeri 2009-2011-ci və 2019-cu illərdə də “Roma”da işləyib.