“Unibank”dan sərfəli ipoteka kredit götürməyin əsl vaxtıdır. Daha aşağı faizlə ipoteka krediti götürmək istəyirsinizsə, bank sizin üçün çox sərfəli imkan yaradıb.
"Unikal" xəbər verir ki, indi “Unibank”dan endirimli- illik cəmi 7 %-lə adi ipoteka krediti əldə edə bilərsiniz. Aylıq ödənişinizin daha sərfəli olmasını və kredit ödənişi müddətində minlərlə manat vəsaitə qənaət etmək istəyərsinizsə, dekabrın sonunadək bu kampaniyadan faydalana bilərsiniz.
"Unibank" 2006-cı ildən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasındadır. Həmin tarixdən bu günədək 2157 müştəriyə ipoteka krediti ayrılıb. Bu müddətdə verilən kreditlərin ümumi həcmi 122 milyon manatı ötüb.
İpoteka kreditləri “Unibank”ın “Yasamal”, “Sumqayıt” və “Kəpəz” filiallarında rəsmiləşdirilir.
"Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş bank filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bankın bəzi filiaları isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.
"Unibank" - Sənin Bankın!