Qatı duman Hindistan və Pakistanda həyatı iflic edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda  dumanlı hava uçuşların təxirə salınmasına səbəb olub.

Qonşu Pakistanda Lahor dünyanın ən çirkli şəhəri siyahısına salınıb. Şəhər Hindistanın Pəncab və Haryana əyalətlərində qeyri-qanuni yanan küləşin təsiri ilə daha da pisləşən “qış dumanı” ilə üzləşib.  

Dehlidə uçuşlarda uçuşların 88 faizi və enişlərin 54 faizi görmə qabiliyyətinin aşağı olması səbəbindən gecikib.