Rusiyada “Ptaxa” ləqəbi ilə fəaliyyət göstərən azərbaycanlı 41 yaşlı reper David Nuriyev 32 yaşlı model Lana Reutovadan boşanıb.

"Unikal" xəbər verir ki, iyunun 16-da boşanma işi qeydə alınıb, oktyabrın 20-də isə məhkəmə cütlüyün nikahını ləğv edib.

Xatırladaq ki, apreldə musiqiçinin qızı Siyan dünyaya gəldikdən üç ay sonra həyat yoldaşı çoxsaylı xəyanətlərinə görə "Ptaxa"dan ayrılmaq qərarı alıb. O, övladı ilə atasının ünsiyyətinə mane olmayacağını bildirib.