Qubanın Xınalıq kəndində ölümlə nəticələnən yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, 1974-cü il təvəllüdlü Şıxbaba Hacıyev dumanlı hava şəraitində idarə etdiyi "VAZ 2106" markalı avtomobillə torpaq yolda idarəetməni itirib.
Nəticədə avtomobil dərədən aşıb. Sürücü ağır xəsarət alıb, avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü Rauf Lalayev isə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.