"Fox" kanalında yayımlanan "Bir peri masalı" serialı final edir.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb ekran işinin reytinqlərdə geriləməsi olub. Serial gələn ay tamaşaçılara vida edəcək.

Qeyd edək ki, "Bir peri masalı"nın baş rollarını Alina Bozla Tarık Emir Tekin canlandırır.