"Sen Çal Kapımı" serialında birlikdə rol alan və dostluqları sevgiyə çevrilən Hande Erçel və Kerem Bürsin ötən aylarda münasibətlərinə son qoymaq qərarına gəliblər.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bacısı qızı Mavinin xərçəngdən müalicə aldığı prosesdə çətin anlar yaşayan Hande Erçel və Kerem Bürsin aylar sonra ilk dəfə yan-yana görüntülənib.
Belə ki, ikili pərəstişkarlarının kameralarına tuş gəlib. Sosial şəbəkə istifadəçiləri cütlüyün bir araya gəlməsini müsbət qarşılayıb. Mövzu ilə bağlı Erçel və Bürsindən heç bir açıqlama verilməyib.
Gülayə Mecid