Aktrisa Ülviyyə Xəlilbəyli "Sözbaz" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, aktrisa verilişdə Murad İsmayılla ayrılıq xəbərləri haqda danışıb.
O bildirib ki, ailəsini dağıtmamaq üçün çox çətinliklərdən keçib:
"Bəlkə də, bu qədər güclü olmasaydım, ailəm çoxdan dağılmışdı. Bu, evliliyimin ikinci, altıncı ayı ola bilərdi. Dörd illik ailəm dağılmayıbsa, mənim gücüm hesabına olub. Kənardan baxıb fikir bildirmək çox asandır. Bəzi şeyləri olduğu kimi qəbul etdim. Çünki belə etmədən yaşamaq olmur. Kim nə istəyir danışsın, mənim üçün önəmi yoxdur. Qadın son ana qədər çırpınır ki, ailəsi dağılmasın. Sosial şəbəkədə deyirlər, sənə nə lazımdır, uşağın var. Sadəcə söz olsun deyə danışırlar. Ürək bulandırmağı xoşlayırlar, xanımı aşağılayırlar".