İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki üzvü güllələnib.
"Unikal" xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahedan şəhərində baş verib.
İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında qeyd olunur ki, Mehdi Mollaşaxi və Cavad Keyha adlı iki işçi evə qayıdarkən Parastar meydanı yaxınlığında güllələnib. Hücum edən şəxs avtomobildə olub və Kalaşnikov avtomatından atəş açıb.
Qeyd olunur ki, hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Gültəkin Ələsgər