Daxili İşlər Nazirliyi sosial media istifadəçiləri və jurnalistlərə müraciət edib.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.
Məlumatda deyilir: "Azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymayın. Bu, tövsiyədir, xahişdir. Anlaşılandır ki, bu məlumatları yaymaqda məqsədiniz tədbirlərin görülməsidir. Hər bir fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görülür, daxil olan məlumatlara çevik reaksiya verilir. Hansısa sual varsa bunu açıq platformada yox, şəxsidə soruşub aydınlaşdıra bilərsiniz.
DİN-in sosial şəbəkə seqmentləri və zəng mərkəzləri fasiləsiz fəaliyyət göstərir. Nazirliyinin növbətçi hissələrinə daxil olan bütün məlumatlar mətbuat xidmətinə fasiləsiz inteqarasiyası təmin olunur".