Türkiyənin İstanbul şəhərində azərbaycanlı kriminal avtoritet Elnur Qasımov qətlə yetirilib.
"Unikal" xəbər verir ki, “Qardaşoğlu” ləqəbi ilə tanınan Elnur Qasımov güllələnərək öldürülüb.
Elnur Qasımov mərhum Rövşən Lənkəranski kimi tanın Rövşən Canıyevin tərəfdarı Emin Naxçıvanskinin qardaşıdır. Emin kriminal aləmin tanınmış simalarından biridir.
Qətli törədən Nicat adlı şəxs isə mərhum qanuni oğru "Lotu Quli" kimi tanınan Nadir Səlifovun adamı olduğu bildirilir.