"Ümumiyyətlə, televiziyadan uzaq durmuşam. Veriliş aparıcının evidir. Ora gələn qonağın diliylə danışmalısan. Sənəti varsa, sənətindən danış".
"Unikal" xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Xəzər axşamı" proqramında deyib. Sənətçi aparıcıları savadsızlıqda ittiham edib:
"Elə aparıcı var ki, musiqidən bixəbərdir. Amma adı aparıcıdır. Aparıcı hər şeyi bilməlidir, anlamalısan ona nə sual verəcəksən. Əgər qonağın Mətanətdirsə, onu oxut, sual vermə. Reytinq bununla olacaq. Baxıram ki, sual verirlər, mən də çəkilirəm kənara. Baxıram ki, oxuya bilməyəni oxutdururlar, oxuya bilənə isə sual verirlər".