Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik və yük avtomobillərinin iştirakı ilə baş verən qəza nəticəsində Şabran rayon sakini, 1994-cü il təvəllüdlü Həsənov Xıdır Ramiz oglu və Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Əli Fəxrəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.