"Kurtlar Vadisi" serialı ilə tanınan məşhur aktyor Necati Şaşmazın səhhətində problem yaranıb.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, qısa zamanda xəstəxanaya yerləşdirilən Şaşmaz əməliyyat masasına alınıb. 

Aktyorun 3 saat davam edən angioqrafiya (Angioqrafiya qan damarların rentgenoloji müayinəsidir - red.) əməliyyatından sonra reanimasiya şöbəsinə aparıldığı öyrənilib.

Hazırda Necati Şaşmazın səhhətinin yaxşı olduğu bildirilir. 

Gülayə  Mecid